“Neftçi” İdman Klubunun boksçusu Zidan Hümbətov (51 kq) Monteneqronun Budva şəhərində keçirilən gənclər arasında dünya birinciliyində yarımfinala vəsiqə qazanıb. İdmançımız dörddəbir finalda tacikistanlı Meroj Sufijonovla qarşılaşıb. O, rəqibini 3:2 (27:30, 30:27, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib. Zidan Hümbətov yarımfinalda kolumbiyalı Castin Morena ilə üz-üzə gələcək.
Qeyd edək ki, dörddəbir final döyüşündə qələbə qazanaraq yarımfinala yüksələn təmsilçimiz özü üçün ən azı bürünc medalı da təmin edib.