Klub haqqında

Hal-hazırda “Neftçi İdman Klubu”nun strukturunda 5 idman qurğusu fəaliyyət göstərir. Bu qurğularda idmanın 26 növü üzrə 107 peşəkar məşqçi-müəllim minlərlə yeniyetmə və gəncə, eləcə də neftçilərə xidmət göstərirlər. Bundan əlavə, Yüksək Liqada futzal, basketbol və voleybol, Birinci Divizionda isə “Qaradağ Lökbatan” futbol komandalarımız mübarizə aparır. Klubun nəzdində fəaliyyət göstərən Uşaq Futbol Məktəbində isə 300-dən artıq uşaq futbolun sirlərinə yiyələnir.
Qazandığı yüksək nailiyyətlər sayəsində klub Gənclər və İdman Nazirliyi tərəfindən 2007-2013-cü illərdə ardıcıl olaraq yeddi dəfə, sonrakı illərdə isə daha bir neçə dəfə “İlin ən yaxşı idman cəmiyyəti” adına layiq görülüb. Bu göstəricilər “Neftçi İdman Klubu”nun ölkədə lider idman cəmiyyəti olmasının əyani sübutudur.