• Oktyabr 12, 2024
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun cüdoçusu Zelim Tçkayev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində böyük uğura imza atıb. Səksən bir kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız inamla çıxış edərək bütün rəqiblərini məğlubiyyətə uğradıb və yarışın qalibi adını qazanıb.