“Neftçi” İdman Klubunun yığma komandamızın heyətində təmsil olunan yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub. Altmış yeddi kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda qarşılaşmada qırğızıstanlı Amantur İsmayılovla üz-üzə gəlib. Rəqibinə 8:0 hesabı ilə qalib gələn Həsrət Cəfərov fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Qeyd edək ki, bu, Azərbaycanın yunan-Roma güləşçilərinin mötəbər yarışda qazandığı ilk və tək mükafat olub.
Xatırladaq ki, daha əvvəl klubumuzun cüdoçusu Hidayət Heydərov (73 kq) Olimpiya çempionu olub.