
Sərbəst və yunan-Roma güləşi üzrə U-15 Azərbaycan birinciliyinə yekun vurulub.
Gəncə İdman Sarayında keçirilən yarışda “Neftçi” İdman Klubunun yunan-Roma güləşçiləri 11 medala (5 qızıl, 3 gümüş, 3 bürünc) yiyələniblər. İdmançılarımızdan Rahib Əhmədov (41 kq), Qurban Məcnunov (48 kq), Hüseyn Mustafazadə (52 kq), Əli Məmmədov (68 kq) və Məhəmməd Orucov (85 kq) bütün rəqiblərini məğlub edərək respublika çempionu olublar. Amin Məmmədov (44 kq), Əbdürrəhman Hüseynli (48 kq), Zöhrab Səfərov (85 kq) gümüş, Sadiq Rəcəbov (44 kq), Raul Məmmədzadə (52 kq) və Eldəniz Allahverdiyev (57 kq) isə bürünc medala layiq görülüb.