“Neftçi” İdman Klubunun yunan-Roma güləşçiləri Rusiyanın Tümen şəhərində keçirilən beynəlxalq turnirdə iki medala sahib olublar.
Təmsilçilərimiz Eldəniz Əzizli (60 kq) və Ülvü Qənizadə (72 kq) inamla çıxış edərək finala vəsiqə qazanıblar.
Onlar həlledici görüşə çıxmadıqları üçün yarışın gümüş mükafatı ilə kifayətləniblər. Qurban Qurbanov (82 kq) isə bürünc medala layiq görülüb.
Qeyd edək ki, dünya və Avropa çempionu, olimpiya mükafatçısı Vladimir Çeboksarovun şərəfinə təşkil olunan turnirdə Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan komandaları mübarizə aparıblar.