On səkkiz yaşadək (U-18) yeniyetmə qızlar arasında ACF kubokunun üçüncü turu keçirilib. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışda 42 klub, cəmiyyət və idman təşkilatından olan 162 cüdoçu 8 çəki dərəcəsi üzrə mübarizə aparıb.
“Neftçi” İdman Klubunun təmsilçilərindən Nigar Məmişova (48 kq) və Aynur Mirzağayeva (70 kq) turnirin gümüş medalını qazanıblar. Digər xanım cüdoçumuz Ayan Əliyeva (63 kq) isə yarışı üçüncü pillədə başa vurub.