Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə IMMAF tərəfindən təşkil olunan yeniyetmələr arasında qarışıq təkbətək döyüşlər növü – MMA üzrə dünya birinciliyi keçirilib. Yeniyetmələr arasında ilin əsas yarışında 54 ölkədən 900-dən çox idmançı qalib adı uğrunda mübarizə aparıb.
“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan təmsilçisi Ayan Sonayeva (12-13 yaş kateqoriyası, 52 kq) inamla çıxış edərək finala qədər irəliləyib. Yalnız həlledici görüşdə məğlub olan idmançımız dünyü birinciliyinin gümüş medalına sahib olub.