Bu gün “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri arasında voleybol yarışı start götürüb. “Məşəl” İdman Kompleksində keçirilən və dekabrın 6-dək davam edəcək turnirdə həm qadın, həm də kişi komandaları mübarizə aparacaq.
Yarışın keçirilməsində əsas məqsəd Gənclər və İdman Nazirliyi tərəfindən dövlət qurumlarının əməkdaşları arasında təşkil olunacaq turnirdə SOCAR-ı təmsil edəcək qadın və kişi voleybol komandalarının heyətini müəyyən etməkdən ibarətdir.