Kişi voleybolçuların Azərbaycan çempionatında IX turun növbəti oyunları keçirilib. Bu gün Yüksək Liqada turun daha iki qarşılaşması baş tutub.
“Neftçi” Sumqayıt Olimpiya İdman Kompleksində “Gənclər”in qonağı olub. Qarşılaşmada komandamız 3:0 (21:25, 16:25, 19:25) hesabı ilə qələbə qazanıb.