Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyunlar keçirilib. Bu gün GİN-nin Voleybol Mərkəzində XIV turun üç qarşılaşması baş tutub.

Turun son oyununda “Neftçi” “Gənclər” komandası ilə qarşılaşıb. Təmsilçimiz oyunda 3:1 (25:18, 25:15, 23:25, 25:22) hesabı ilə qələbə qazanıb.