Dəyərlər

• Düzgünlük və ədalət başda olmaqla əxlaqi prinsipləri, insani keyfiyyətləri hər şeydən üstün tuturuq.
• Klubumuzun şanlı tarixindən gələn ənənəni qorumağa xüsusi önəm veririk.
• Komanda ruhunda mübarizə edirik, qazanmaqdan öncə cəsarət, əzm və inanc göstəririk.
• Ədalətli oyun qaydalarına tam şəkildə əməl edirik.
• Rəqiblərimizə hər zaman hörmətlə yanaşırıq.
• Əsl centlmenlik nümayiş etdirərək, qələbə qazananı dəstəkləyirik.
• İnsanlar arasında dil, din, irq, mövqe ayrı seçkiliyi güdməz, hər kəsə hörmətlə yanaşırıq.
• Alın tərinin, əməyin dəyərini bilirik.
• Həmişə haqsızın qarşısında olarıq.
• Yetirmələrimizə, gənclərə xüsusi önəm verir, onları səbir və intizamla inkişaf etdirməyə çalışırıq.
• Əhdimizə sadiq qalaraq, klubumuza xidmət edənlərə böyük hörmət göstəririk.
• Klubumuzun dəyərlərinə sədaqət və məhəbbətlə bağlıyıq.