AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupu üzrə liqaların növbəti turunda U-13 və U-14 komandalarımız böyükhesablı qələbə qazanıb.

On üç yaşlı futbolçulardan ibarət komandamız “Xocalı” komandası ilə qarşılaşıb. Babək Həsənovun yetirmələri rəqibini 4-0 hesabı ilə məğlubiyyətə uğradıb.

U-14 komandamız isə “Şirvansaray” komandası ilə üz-üzə gəlib. Araz Əliyevin rəhbərlik etdiyi kollektiv rəqibi üzərində 8-0 hesablı qələbə qazanıb.