
“Neftçi” İdman Klubunun sərbəst güləşçisi Turan Bayramov Belarusun paytaxtı Minskdə üçqat Olimpiya çempionu Aleksandr Medvedin xatirəsinə həsr olunmuş turnirdə mükafatçılar arasında yer alıb.
Yarışda yetmiş dörd kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən idmançımız üçüncü yer uğrunda qarşılaşmada rusiyalı Kantemir Senov üzərində 3:2 hesablı qələbə qazanıb və bürünc medala layiq görülüb.