“Neftçi” İdman Klubunun taekvondoçusu Saleh Heydərov Eyndhoven şəhərində keçirilən Niderlandın 52-ci açıq çempionatında mükafata sahib olub. Əlli üç kiloqram çəki dərəcəsində çıxış edən idmançımız turnirin bürünc medalını qazanıb.