Bakı İdman Sarayında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş Döyüş İdman Növləri Festivalı keçirilib. Yarışlarda 27 idman təşkilatından 2100 idmançı (uşaq, yeniyetmə və gənclər) 14 döyüş idman növü üzrə mübarizə aparıb.

“Neftçi” İdman Klubunun təmsilçiləri turnirdə karate və uşu növlərində yarışıblar. Karateçilərimiz 5-i qızıl, 6-sı gümüş və 7-si bürünc olmaqla 18 medala sahib olublar. Uşuçularımız isə 2-si qızıl, 2-si gümüş və 3-ü bürünc olmaqla 7 medal qazanıblar.