“Neftçi” İdman Klubunun cüdoçusu Süleyman Şükürov Avstriyanın Qrats şəhərində gənclər arasında keçirilən Avropa kuboku yarışında uğurlu çıxış edib. Səksən bir kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqiblərinə qalib gələrək Avropa kubokuna sahib çıxıb.
Qeyd edək ki, turnirdə 29 ölkədən 496 cüdoçu medallar uğrunda mübarizə aparıb.