SOCAR komandasının təmsilçisi dövlət qurumlarının əməkdaşları arasında qalib olub
Gənclər və İdman Nazirliyi, Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında idman dırmanması üzrə yarış keçirilib. Turnirdə SOCAR komandasının təmsilçisi Stanislav Belousov inamla çıxış edərək kişilər arasında birinci yeri tutub.