Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turniri davam edir. Bu gün qrup mərhələsində üçüncü turun oyunlarına start verilib.

Bu tur çərçivəsində təmsilçimiz AZAL kollektivi ilə üz-üzə gəlib. Yasamal rayonundakı “Sportster” minifutbol meydançasında təşkil olunmuş qarşılaşmada daha üstün oyun sərgiləyən SOCAR komandası rəqibini 4:0 hesabı ilə məğlub edib.