Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumlarının əməkdaşları arasında III minifutbol turniri davam edir.

Bu gün B qrupunda yer alan SOCAR komandası səkkizinci turun oyunları çərçivəsində İqtisadiyyat Nazirliyinin kollektivi ilə üz-üzə gəlib. Xətai rayonundakı “Azfar” stadionunda reallaşan qarşılaşmanın ilk hissəsində təmsilçimiz rəqib qapısından üç cavabsız top keçirib. İkinci hissədə daha üç dəfə fərqlənən SOCAR komandası yekunda 6:1 hesablı qələbə qazanıb.