Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumlarının əməkdaşları arasında lll minifutbol turniri davam edir.
B qrupunda yer alan SOCAR komandası üçüncü turda “Azərenerji” ASC-nin kollektivi ilə qarşılaşıb. Matç komandamızın aşkar üstünlüyü şəraitində keçib. İlk hissədə 4 dəfə fərqlənən təmsilçimiz, ikinci yarıda daha 7 dəfə rəqib qapısına yol tapıb və böyükhesablı qələbə qazanıb – 11:0.