Bakı Su İdmanı Sarayında dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilib. Turnirdə 12 komandanın tərkibində 49 iştirakçı mübarizə aparıb.

SOCAR komandası turnirdə inamla çıxış edərək 1 gümüş və 3 bürünc medal qazanıb.

Kişilər arasında 4×50 metr məsafəyə estafet yarışında komandamız (Stanislav Baykov, Pyotr Kuvşinov, Ağasəf Abdullayev, Ehtibar Əsədov) ikinci yeri tutub. Fərdi yarışlarda isə Pyotr Kuvşinov 50 metr məsafəyə üzmədə bürünc medala layiq görülüb.

Estafet yarışında (4×50 metr) təmsilçilərimiz qadınlardan ibarət komanda (Ülviyyə Cəbiyeva, Cahan Qarayeva, Elnarə Zeynalova, Arzu Abdullayeva) və qarışıq komanda (Elnarə Zeynalova, Cahan Qarayeva, Stanislav Baykov, Ağasəf Abdullayev) yarışında üçüncü yeri tutub.