• Yanvar 19, 2025
  • Redactor Neftchi
  • 0

Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumlarının əməkdaşları arasında lll minifutbol turniri davam edir.

Bu gün B qrupunda yer alan SOCAR komandası dördüncü turda “Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi ilə qarşılaşıb. Komandamız rəqibi üzərində 5:0 hesablı texniki qələbə qazanıb.