Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirində dörddəbir final mərhələsinin oyunları keçirilib.

Bu mərhələdə SOCAR komandası AZAL-ın kollektivi ilə üz-üzə gəlib. Qarşılaşmada daha üstün oyun sərgiləyən təmsilçimiz rəqibini 4:1 hesabı ilə məğlubiyyətə uğradıb və yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, SOCAR yarımfinalda UMİCO komandası ilə qarşılaşacaq.