Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turniri davam edir. Bu gün yarışda dördüncü turun oyunlarına start verilib.
SOCAR komandası bu tur çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi ilə qarşılaşıb. Yasamal rayonundakı “Sportster” minifutbol meydançasında gerçəkləşən görüşdə daha baxımlı oyun sərgiləyən təmsilçimiz rəqibi üzərində 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, turnirdə 40 komanda hərəsində 10 iştirakçı olmaqla 4 qrupda mübarizə aparır.