Qarabağ Dirçəliş Fondu “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinə start verib. Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən yarışda ölkəmizdə fəaliyyət göstərən şirkətlər Qarabağ Dirçəliş Fonduna 1500 manat məbləğində ianə etməklə iştirak edirlər. Turnirdə 40 komanda hərəsində 10-u olmaqla 4 qrupda mübarizə aparır.
SOCAR komandası ilk turda “Glensol” şirkətinin kollektivi ilə üz-üzə gəlib. Yasamal rayonunda yerləşən “Sportster” minifutbol meydançasında baş tutan qarşılaşmada SOCAR komandası rəqibini 8:3 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turnirin keçirilməsindən əldə olunacaq vəsait Qarabağ Dirçəliş Fondunun sifarişi ilə işğaldan azad edilmiş Füzuli şəhərində salınan Füzuli Mərkəzi Parkının ərazisində idman meydançalarının tikintisinə yönəldiləcək.