Rusiya İdman Nazirliyi və Moskva şəhəri İdman Departamentinin dəstəyilə “Əmək ehtiyatları” Ümumrusiya bədən tərbiyə-idman birliyi tərəfindən keçirilən Birinci Dünya Korporativ İdman Oyunları davam edir. Moskva şəhərində təşkil olunan yarışda 20 ölkədən olan 166 müəssisə və təşkilatdan 2500 iştirakçı 24 idman növündə mübarizə aparır.
Qadın voleybolçulardan ibarət SOCAR komandası mötəbər yarışda inamla mübarizə aparıb. Təmsilçimiz gümüş liqada fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən 2024-cü ildə keçirilmiş dövlət qurumlarının əməkdaşları arasında voleybol və stolüstü tennis yarışlarında SOCAR-ın müvafiq qadın komandalarının birinci yeri tutduqları nəzərə alınaraq, sözügedən beynəlxalq tədbirin proqramına daxil olan bu idman növləri üzrə yarışda ölkəmizi təmsil etmək bu komandalara etimad edilib.