
Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumlarının əməkdaşları arasında III minifutbol turniri davam edir.
Bu gün yarışda II mərhələnin I turunun oyunları keçirilib. SOCAR komandası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi ilə qarşılaşıb. Səkkizinci mikrorayondakı “Azfar” stadionunda gerçəkləşən görüşdə qalib müəyyənləşməyib – 3:3.
Qeyd edək ki, SOCAR komandası ilkin qrup mərhələsini məğlubiyyətsiz və qrup lideri kimi başa vurub.