
Bu gün Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı keçirilib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunan turnirdə 54 iştirakçı (39 kişi və 15 qadın) mübarizə aparıb.
SOCAR-ın əməkdaşı Sevda Əzizova qadınlar arasında keçirilən yarışda bütün rəqiblərini qabaqlayıb və turnirin qalibi olub.



