SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşı, “Neftçi” İdman Klubunun təmsilçisi Elmir Tarverdiyev Finlandiyanın Salo şəhərində keçirilən pauerliftinq üzrə Avropa çempionatında uğurlu çıxış edib. AWPC versiyası üzrə 67,5 kq çəki dərəcəsində yarışmış idmançımız yerdən dartma hərəkətində 232,5 kiloqram nəticə göstərərək Avropa çempionu adını qazanıb. Təmsilçimizin bu nəticəsi ona mütləq çəki dərəcəsində gümüş medal qazandırıb.

Qeyd edək ki, qitə çempionatında 13 ölkədən 526 idmançı medallar uğrunda mübarizə aparıb.