SOCAR-ın dəstəyi, “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri arasında avqustun 17-də start götürən və “Əsrin müqaviləsi”nin 30 illiyinə həsr olunan SOCAR-2024 minifutbol turniri davam edir.
Bakı Olimpiya Stadionunun örtülü meydançalarında baş tutan yarışda bu gün səkkizdəbir final mərhələsinin oyunları keçirildi.
Maraqlı və gərgin mübarizə şəraitində keçən qarşılaşmalarda “Balaxanı” ƏŞ, “Azəriqaz” İB, “Neftqaztikinti” Tresti, “SOCAR Petroleum”, “Azneft” İB, SOCAR Downstream Management, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi və “Gulf Drilling Azerbaijan” şirkətinin komandaları qələbə qazanaraq dörddəbir finala yüksəldilər.
Qeyd edək ki, yarış sentyabrın 21-dək davam edəcək.

Bugünkü qarşılaşmaların nəticələrini təqdim edirik:

AZFEN – “Balaxanı” ƏŞ – 1:8
Karbamid Zavodu – “Azəriqaz” İB – 0:3
“Neftqaztikinti” Tresti – Neft Kəmərləri İdarəsi 5:4
“Azneft” İB – “SOCAR Polymer” Zavodu – 2:1
“Qaz İxrac” İdarəsi – “SOCAR Petroleum” – 0:4
SOCAR Downstream Management – EKOL – 8:1
“Neftqazelmitədqiqatlayihə” İnstitutu – “Gulf Drilling Azerbaijan” şirkəti – 0:1
“Məişət Maye Qaz” QSC – İnformasiya Texnologiyaları və Rabitə İdarəsi – 2:4