SOCAR-ın dəstəyi, “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri arasında “Əsrin müqaviləsi”nin 30 illiyinə həsr olunmuş SOCAR-2024 minifutbol turniri davam edir.
Bakı Olimpiya Stadionunun örtülü meydançalarında təşkil olunan yarışda bu gün qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib və bununla da bu mərhələyə yekun vurulub.
Xatırladaq ki, yarışda 28 komanda hərəsində 4-ü olmaqla 7 qrupda mübarizə aparırdı. Qrup mərhələsində ilk iki yeri tutmuş komandalar, eləcə də üçüncü pillədə qərarlaşan və ən yaxşı nəticəyə sahib olan iki komanda səkkizdəbir finala vəsiqə qazanıb. Qeyd edək ki, turnir sentyabrın 21-dək davam edəcək.

Üçüncü turun oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

Neft Kəmərləri İdarəsi – SOCAR KBR – 2:1
SOCAR Baş Ofis – Qaz İxrac İdarəsi – 0:5
“Suraxanı” ƏŞ – Təhlükəsizlik İdarəsi – 8:3
SOCAR Upstream – “Azəriqaz” İB – 0:6
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi – SOCAR Midstream Operations – 2:7
SOCAR Downstream Management – “SOCAR Polymer” Zavodu 3:2
“Gulf Drilling Azerbaijan” şirkəti – Karbamid Zavodu 3:3
“Neftqaztikinti” Tresti – “SOCAR Petroleum” 2:2
Sosial İnkişaf İdarəsi – “Balaxanı” ƏŞ – 1:9
EKOL – Bakı Ali Neft Məktəbi – 4:2
“Azərkimya” İB – AZFEN – 1:2
“Məişət Maye Qaz” QSC – İnformasiya Texnologiyaları və Rabitə İdarəsi – 3:1
“Neftqazelmitədqiqatlayihə” İnstitutu – “Azservis” MMC 1:1
Metanol Zavodu – “Azneft” İB – 0:5