SOCAR-ın dəstəyi, “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri arasında keçirilən “Əsrin müqaviləsi”nin 30 illiyinə həsr olunan SOCAR-2024 minifutbol turniri davam edir.
Bakı Olimpiya Stadionunun örtülü meydançalarında gerçəkləşən yarışda dörddəbir final mərhələsinin oyunları keçirilib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmalarda “Balaxanı” ƏŞ, “Azəriqaz” İB, SOCAR Downstream Management və “Azneft” İB-nin komandaları qələbə qazanaraq yarımfinala vəsiqəni təmin ediblər.
Qeyd edək ki, yarış sentyabrın 21-dək davam edəcək.
Bugünkü qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:
“Neftqaztikinti” Tresti – “Balaxanı” ƏŞ – 2:4
“Azəriqaz” İB – “SOCAR Petroleum” – 1:1 (penaltilərlə 6:5)
“Azneft ” İB – “Gulf Drilling Azerbaijan” şirkəti – 5:1
SOCAR Downstream Management – İnformasiya Texnologiyaları və Rabitə İdarəsi – 7:1