Saxa Respublikasının Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunları davam edir.
“Neftçi” İdman Klubunun milli komandamızın heyətində təmsil olunan samboçusu İbrahim Talıbov kiçikyaşlı yeniyetmələr arasında təşkil olunan yarışda medal qazanıb. Əlli üç kiloqram çəki dərəcəsində çıxış edən idmançımız fəxri kürsünün üçüncü pilləsində yer alıb.