Şağan Olimpiya İdman Kompleksində Əməkdar məşqçi Əbülfəz Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr, gənclər və kişilər arasında sambo üzrə ölkə kuboku yarışı keçirilib.
“Neftçi” İdman Klubunun təmsilçiləri inamla çıxış edərək turnirin 15 medalına (4 qızıl, 4 gümüş, 7 bürünc) yiyələniblər.
Yeniyetmələrin mübarizəsində Sadiq Nadirov (71 kq) yalnız final görüşündə məğlub olub və gümüş medala layiq görülüb. Cəfər Yaqubov (58 kq) və Asim Səlimli (98 kq) isə üçüncü yeri tutublar.
Gənclər arasında təşkil olunan yarışda İbad Əmirov (71 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Kişilərin mübarizəsində Kamran Qasımov (71 kq), Adil Adilzadə (79 kq), Ceyhun Hüseynov (88 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) bütün görüşləri qələbə ilə başa vuraraq ölkə kubokunun qalibi olublar. Mirfəttah Seyidəliyev (64 kq), Hacalı Qasımov (71 kq), Ağani Məmmədov (88 kq) gümüş, Vaqif Mirzəli, Sahib Babayev (hər ikisi 58 kq), Tural Allahverdiyev (64 kq) və Burxan Asakov (+98 kq) isə bürünc medal qazanıblar.