Qırğızstanın Bişkek şəhərində keçirilən sambo güləşi üzrə yeniyetmələr və gənclər arasında dünya birinciliyinə yekun vurulub.
“Neftçi” İdman Klubunun samboçuları mötəbər turnirdə əzmkarlıq nümayiş etdirərək böyük uğura imza atıblar. Belə ki, təmsilçilərimizdən 58 kiloqram çəki dərəcəsində mübarizə aparan Sahib Babayev və Nicat Sultanov (71 kq) gənclər arasında keçirilən yarışda inamla çıxış edərək finala qədər irəliləyiblər. Yalnız həlledici qarşılaşmada məğlub olan samboçularımız mundialın gümüş medalına sahib olublar.