Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunları davam edir.
“Neftçi” İdman Klubunun sərbəst güləşçiləri yarışın 2 qızıl və 2 bürünc medalını qazanıblar. Təmsilçilərimizdən 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Hüseyn Hüseynov və Həsən Həsənov (60 kq) bütün görüşlərdən qalib ayrılıblar və fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Hüseyn İsmayılovla (65 kq) Nihad Abasov (71 kq) isə turniri üçüncü pillədə başa vurublar.