• Aprel 9, 2025
  • Redactor Neftchi
  • 0

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan sərbəst güləşçiləri 2 bürünc medal qazanıblar.
Təmsilçilərimizdən Əli Rəhimzadə (65 kq) üçüncü yer uğrunda görüşdə ukraynalı Andrey Sviridə qalib gəlib (4:0) və dördüncü dəfə Avropa çempionatının bürünc medalına sahib olub.
Kənan Heybətov (70 kq) isə bürünc medal uğrunda qarşılaşmada macarıstanlı dünya və Avropa çempionu İsmayıl Musukayevlə qarşılaşıb. Təcrübəli və titullu rəqibini 5:2 hesabı ilə məğlub edən güləşçimiz ilk dəfə böyüklər arasında qitə çempionatında fəxri kürsüyə qalxıb.