Azərbaycan qılıncoynadanları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən beynəlxalq “EFC FFE Circuit” turnirində gümüş medala sahib olublar. Murad Əkbərov, Maqsud Hüseynli, Rəsul Əliyev və Timur Husnaddinovdan ibarət milli 23 yaşadək sablyaçıların komanda yarışında ikinci yer tutub.

Qeyd edək ki, millinin heyətində yer alan Murad Əkbərov və Maqsud Hüseynli “Neftçi” İdman Klububun təmsilçiləridir.