Futbol üzrə Birinci Liqada V turun oyunlarına start verilib.
“Qaradağ Lökbatan” bu turda “Mingəçevir” komandasını qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan qarşılaşmada qalib müəyyənləşməyib və görüş qolsuz bərabərliklə başa çatıb – 0:0.