Futbol üzrə Birinci Liqada XII turun oyunları davam edir.
“Qaradağ Lökbatan” sözügedən tur çərçivəsində bu gün “Cəbrayıl” komandası ilə qarşılaşıb. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirilən matç təmsilçimizin 2:0 hesablı qalibiyyəti ilə başa çatıb. Amit Quluzadənin yetirmələrindən Şahin Balejai (11’) və Fərid Nadirov (70’) adlarını tabloya yazdırıblar.