“Neftçi” İdman Klubunun qadın güləşçisi Ruzanna Məmmədova Serbiyanın Novi Sad şəhərində təşkil olunan U-20 Avropa birinciliyində qızıl medala sahib olub. 59 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələn xanım idmançımız finalda rusiyalı Yelena Kurovanı 14:10 hesabı ilə məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.