“Neftçi” İdman Klubunun qadın güləşçisi Jalə Əliyeva (57 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının qızıl medalına sahib olub.
Təmsilçimiz 1/8 finalda ukraynalı Alina Filipoviçdən güclü olub – 7:4.O, növbəti mərhələdə türkiyəli Sevim Akbaşa heç bir şans tanımayıb – 10:0. Əliyeva yarımfinalda isə ABŞ-li Sofiya Makalusonu üstələyib və ardıcıl ikinci dəfə U-23 dünya çempionatının finalına yüksəlib.
Jalə Əliyeva finalda yaponiyalı Ruka Natami ilə qarşılaşıb. Daha öncə yeniyetmələr və gənclər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Ruka Natamiyə 10:8 hesabı ilə qalib gələn güləşçimiz dünya çempionu olub.
Xatırladaq ki, mundialda daha əvvəl yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) gümüş, Nihad Quluzadə (60 kq) və Xasay Həsənli (77 kq) isə bürünc medala layiq görülmüşdü.