“Neftçi” İdman Klubunun qadın boksçuları Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında 2 medal qazanıblar.
Təmsilçilərimizdən Banuçiçək Nəsirli (48 kq) bütün döyüşləri qələbə ilə başa vurub və qızıl medala sahib olub. Aylin Nəzərova (50 kq) isə fəxri kürsünün ikinci pilləsində yer alıb.