Fransanın paytaxtı Parisdə keçirilən XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticələr əldə etmiş Azərbaycan idmançılarının növbəti qrupu vətənə qayıdıb.
İdmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Paralimpiya Komitəsinin və “Neftçi” İdman Klubunun nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
Xatırladaq ki, “Neftçi” İdman Klubunun təmsilçiləri Paris Paralimpiadasında 4 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıblar.
Qeyd edək ki, 169 ölkənin mübarizə apardığı Paris-2024 Yay Paralimpiya Oyunlarını Azərbaycan millisi 28-ci pillədə başa vurub.