“Neftçi” İdman Klubunun yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinala qədər irəliləyib. 130 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finala gedən yolda kubalı dördqat Olimpiya və beşqat dünya çempionu Mixain Lopes Nunyeslə üz-üzə gəlib. Rəqibinə 1:4 hesabı ilə məğlub olan Sabah Şəriəti qızıl medal qazanmaq şansını itirib. Təmsilçimiz sabah bürünc medal uğrunda görüşə çıxacaq.