Fransanın paytaxtı Parisdə keçirilən XVII Yay Paralimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil edərək böyük uğura imza atan “Neftçi” İdman Klubunun parataekvondoçuları vətənə qayıdıb. Onları Heydər Əliyev Beynəlxalq Aeroportunda “Neftçi” İdman Klubunun və Milli Paralimpiya Komitəsinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
Xatırladaq ki, klubumuzun parataekvondoçularından İmaməddin Xəlilov Yay Paralimpiya Oyunlarının qızıl, Sabir Zeynalov isə bürünc medalına sahib olub.