“Neftçi” İdman Klubunun paraüzgüçüsü Vəli İsrafilov Fransada təşkil olunan XVII Yay Paralimpiya Oyunlarında bürünc medala yiyələnib. SB13 kateqoriyasında 100 metr məsafəyə brass üsulu ilə üzmədə idmançımız üçüncü nəticə göstərərək (1:05.35) fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də sona yetəcək.