Fransanın paytaxtı Parisdə təşkil olunan XVII Yay Pralimpiya Oyunları davam edir.
“Neftçi” İdman Klubunun paraüzgüçüsü Raman Saley S12 kateqoriyasında 100 metr məsafəyə sərbəst üzmə üsulunda 53.65 nəticə ilə üçüncü pillədə qərarlaşaraq bürünc medal qazanıb.
Xatırladaq ki, daha əvvəl klubumuzun paralimpiyaçılarından İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) və Lamiyə Vəliyeva (paraatletika) qızıl, Raman Saley (100 metr məsafəyə arxasıüstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) isə bürünc medal qazanıb.