“Neftçi” İdman Klubunun daha bir təmsilçisi Səid Nəcəfzadə Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb. T12 kateqoriyasında çıxış edən paraatlet uzunluğa tullanma növündə mübarizə aparıb. İdmançımız 7,27 metr nəticə göstərərək paralimpiya çempionu olub.
Xatırladaq ki, daha əvvəl klubumuzun parataekvondoçularından İmaməddin Xəlilov (K44 kateqoriyası, 70 kq) paralimpiya çempionu olub, Sabir Zeynalov (K44 kateqoriyası, 58 kq) isə bürünc medal qazanıb. Paraüzgüçümüz Raman Saley (S12 kateqoriyası, 100 metr məsafəyə arxasıüstə üzmə) isə gümüş medala layiq görülüb.